Fransada azyaşlı oğlu ilə qaynanası qəzaya düşən "Beşiktaş"ın yeni transferi Raşd Ghezzal sosial media hesabından bu barədə açıqlama verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, zədəsi üzündən hələ də meydana çıxmayan və sözügedən qəza ilə bağlı Fransada olan Rachid Ghezzalın sözlərinə görə, hazırda qayınanası və oğlunun vəziyyəti yaxşıdır.
O, hər ehtimala qarşı onların xəstəxanada saxlanıldığını deyib: "Əməliyyat, çox şükür ki, əla keçib".
Əlcəzairli futbolçu ona dəstək mesajları göndərənlərə təşəkkür edib.
Fərid
MİA.AZ