Avrokuboklarda pley-off mərhələsinə yüksələn Türkiyə komandaları UEFA reytinqində ölkənin mövqeyini möhkəmlədib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yeni açıqlanaan reytinq cədvəlinə əsasən, ötən gün tarixi gecələrindən birini keçirən Türkiyə futbolu UEFA-nın ölkə reytinqində 10-cu pillədəki yerini qoruyub və hətta 9-cu yerə iddiasını artırıb.
Belə ki, “Qalatasaray” Çempionlar Liqasında “Olimpiya”nı, “Fənərbaxça" "Maribor”unu, “Adana Dəmirspor” Osijeki və “Beşiktaş” isə “Neftçi”ni mübarizədən kənarlaşdıraraq, pley-off mərhələsinə çıxıblar. Bununla da Türkiyə bu mövsüm Avropanın ən çox xal toplayan ölkəsi olub.
Əgər Türkiyə reytinqdə bu yeri qorusa, Super Liqa çempionu 2025/2026 mövsümündə Çempionlar Liqasına birbaşa qrup seçmə mərhələsindən başlayacaq.
Beləliklə, Avropada bu mövsüm ən çox xal toplayan ölkələr:
Türkiyə: 3500
Polşa: 3500
İslandiya: 3166
Rumıniya: 2875
İsrail: 2750
UEFA ölkə xal sıralamasında son vəziyyət:
İngiltərə: 88,928
İspaniya: 75,927
İtaliya: 71,569
Almaniya: 69.552
Hollandiya: 53,600
Fransa: 52.081
Portuqaliya: 47,316
Belçika: 36.000
Şotlandiya: 31,350
Türkiyə: 30,100
Avstriya: 29,500
İsveçrə: 28,675
Fərid
MİA.AZ