Belarusda gecə klubunun reklam çarxında görüntüləri yayılan türk məşqçi Sergen Yalçın susqunluğunu pozub.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, o, yayılan görünütülərlə bağı müzakirə açan Türkiyə mətbuatını "topa tutub".
Məşqçi deyib ki, subay adamdır və onun şəxsi həyatına kimsə qarışa bilməz: "Gecə klubuna getmək cinayətdirmi? Evli deyiləm, subayam. Tək yaşayıram. Şəxsi həyatım var. Görüntülərim gecə klubunda çıxdı. Bundan kimə nə?!!".
O, yerli TV-lərə açıqlamasında "Beşiktaş"ı da qınayıb: "Mən o klubu çempion etmişəm, amma bu bu klub məni gözlətdi. Halbuki dərhal dəvət edib, mənimlə müqavilə imzalamalı idilər. Daha 40-45 gün gözləməməli idilər. Bundan sonra artq mənim hədəfim milli komanda olacaq. Orada isə hələlik təklif gəlməyib".
Fərid
MİA.AZ