Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda (ilk oyunda "Sabah" 2-0 qalib gəlib) Serbiyada "Sabah" "Partizan"la qarşılaşıb.
Mia.az xəbər verir ki, saat 23-da başlayan oyunun 30-ci dəqiqəsində ev sahibi kommada hesabı açıb - 1:0.
58-ci dəqiqədə "Partizan" daha bir qol vurub - 2:0.
Oyunun 90 dəqiqəsi bu hesabla başa çatıb.
Bakıdakı görüş də "Sabah"ın xeyrinə 2-0 hesabı ilə bitdiyindən ümumi hesabda 2-2 bərabərlik yaranıb. Buna görə də hakim oytuna əlavə 30 dəqiqə təyin edib.
117-ci dəqiqədə "Partizan"da Belic ikinci sarı kartla meydandan qovulub.
30 dəqiqənin sonunda da hesab dəyişməyib və qalib penaltilərlə müəyyən olunub.
Penaltilərdə isə "Partizan" dəqiq oynayıb və növbəti mərhələyə yüksəlib- 5:4
"Sabah"dan N.Ələsgərov penaltini dəqiq yerinə yetirə bilməyib.
Fərid
MİA.AZ