Bu gün "Fənərbağça" UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində 3-1 hesablı qalib gəldiyi ilk oyunun revanşında səfərdə "Maribor"unun qonağı olub.
Mia.az xəbər verir ki, İstanbul komandası oyunun 17-ci dəqiqəsində İrfan Canın zərbəsi ilə hesabı açıb - 0:1.
Bu qoldan az sonra azarkeşlər arasında gərginlik pikl həddə yüksəlib və buna görə oyun dayandırılıb. UEFA-nın qərarı ilə "Fənərbağça" tərəfdarları meydandan çıxarılıb. Buna baxmayaraq sloveniyalı azarkeşlər yenə də irqçi şüarlar səsləndiriblər...
Oyuna gəldikdə isə, r32-ci dəqiqədə ev sahibi penalti qazanıb.
Lakin qapçı İrfan Can Eğribayat "Maribor"ya hesabı bərabərləşdirməyə imkan verməyib.
77 və 80-ci dəqiqələrdə "Fənərbağça" daha iki qol atıb - 0:3.
Beləliklə, türk komandası iki oyunun nəticəsində növbəti mərhələyə yüksəlib.
Xatırladaq ki, "Fənərbağça" növbəti turda Hollandiyanın "Tvente" komandası ilə oynayacaq. İlk oyun avqustun 24-də, cavab qarşılaşması isə avqustun 31-də keçiriləcək.
Fərid
MİA.AZ