Konfrans Liqasının III təsnifat mərhələsində bu gün Türkiyənin "Adana Dəmirspor" komandası səfərdə "Osijek"in qonağı olub.
Mia.az xəbər verir ki, oyunda türk komandası 3:2 hesabı ilə uduzsa da, ilk oyunda 5-1 hesabı ilə qalib gəldiyi üçün pley-off mərhələsinə yüksəlib.
Türkiyə komandası növbəti turda "Genk" - "Olimpiakos" matçının qalibi ilə qarşılaşacaq.
İlk oyun avqustun 24-də, cavab qarşılaşması isə avqustun 31-də keçiriləcək.
Fərid
MİA.AZ