Bu gün Avropa Liqasının III təsnifat mərhələsində "Qarabağ" 2-1 hesablı qələbəsinin revanşında səfərdə Finlandiyada HİK komandası ilə qarşılaşacaq.
Mia.az xəbər verir ki, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq oyunu FIFA referisi Villi Delajod idarə edəcək.
Konfrans Liqasında III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində isə “Neftçi” və “Sabah” komandaları da səfərdə oynayacaqlar.
Belə ki, “Neftçi” 3-1 hesablı məğlubiyyətin revanşında saat 22.00-da İstanbulda “Beşiktaş”la, “Sabah” isə 2-0 hesablı qələbəsinin revanşında saat 23.00-da səfərdə Serbiyanın “Partizan” komandası ilə "döyüşəcək".
Fərid
MİA.AZ