"Fənərbağça" misirli müdafiəçi ilə müqavilə imzalayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul klubu ötən həftə danışıqlara başladığı 2003-cü il təvəllüdlü misirli müdafiəçi OmarFayed ilə anlaşıb.
Məlumata görə, bu barədə xəbəri klub təsdiqləyib.
Bildirilib ki, "Fənərbağça" "El Mokavlun"da çıxış edən 20 yaşlı müdafiəçi OmarFayed ilə 4 illik müqavilə imzalanıb.
Türkiyə mətbuatı yazır ki, "Fənərbağça" bu transfer üçün 500 min avro xərcləyib.
Fərid
MİA.AZ