"Qalatasaray" "Real"ın əfsanəvi futbolçusu Serxio Ramos ilə danışıqları sürətləndirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ramos "Qalatasaray"da oynamağa müsbət yanaşdığını, lakin tələblərinin təminatını istəyib.
"beIN Sports"un məlumatına görə, Serxio Ramos "Qalatasaray"dan 2+1 illik müqavilə və hər ili üçün 5-6 milyon avro maaş tələb edir: "Bundan əlavə, ispan müdafiəçi 2,5 milyon avro da birdəfəlik "imza pulu" istəyir. "Qalatasaray" isə həm müqavilənin müddətini, həm də pulun məbləğini endirməyə çalışır".
Fərid
MİA.AZ