Bu gün UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda "Qalatasaray" "Olimpiya"nı qəbul edib.
Mia.az xəbər verir ki, ilk matçda 3-0 qalib gələn "Qalatasaray" bu oyunda da qalib gəlib - 1:0.
Qolu 24-cü dəqiqədə İkardi qapıdan keçirib.
65-ci dəqiqədə "Qalatasaray"da Torreira qırmızı kartla meydandan qovulub.
Beləliklə, oyun bu hesabla başa çatıb.
"Qalatasaray" növbəti turda Norveçin "Molde" komandası ilə "döyüşəcək".
Fərid
MİA.AZ