PSJ "Barselona"nın futbolçusu Usman Dembele ilə 5 illik müqavilə imzalayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Fransa komandası Kataloniya klubuna bu transfer üçün 50 milyon avro ödəyəcək.
Xatırladaq ki, "Barselona" Usman Dembeleni Dortmundun "Borussiya" komandasından 135 milyon avroya transfer etmişdi.
Onu da qeyd edək ki, 26 yaşlı futbolçu "Barselona"da 185 oyuna 40 qol vurub, 43 məhsuldar ötürmə verib.
Fərid
MİA.AZ