Superliqaya ilk oyununda xal itirən "Qalatasaray"ınyeni transferi Vilfrid Zaha Kayseridəki matçdan sonra paylaşım edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 0-0 bitən matçla bağlı açıqlama verən hücumçu yeni komandaısndakı ilk rəsmi oyununa görə xoşbəxt olduğunu deyib.
Fil Dişi Sahilinin futbolçu "Kaş ki, daha çox şey edə biləydim" deyə yazdığı paylaşımda daha sonra bildirib: "Matçda qısa müddətə də olsa, iştirak etdiyim üçün xoşbəxtəm. Növbəti oyunu səbirsizliklə gözləyirəm".
Xatırladaq ki, Zaha "Kayserispor" matçının 70-ci dəqiqəsində oyuna daxil olub.
Fərid
MİA.AZ