"Twitter"i sahibi Elon Mask sosial media sahəsində əsas rəqibi olan "Meta"ın sahibi Mark Zukerberqlə "qəfəs döyüşü"nə görə üz tutduğu rusiyalı qaydasız döyüş ustası Həbib Nurməhəmmədovdan rədd cavabı alıb..
Mia.az TASS-a istinadla xəbər verir ki, Musk Zukerberqlə qəfəs döyüşü üçün Nurməhəmmədovdan ona təlim keçməsini istəyib: "Lakin bu təklif Həbib tərəfindən dərhal rədd olunub. İdmançı bunu prinsip məsələsi ilə əlaqələndirib. O, bildirib ki, artıq idman və məşqçilik karyerasını başa vurub və Musk üçün verdiyi qərardan geri dönməyəcək".
Xatırladaq ki, Musk Zukerberqi "qəfəs döyüşü"nə dəvət edib və qarşı tərəəf də buna müsbət cavab verib. Onların yaxın aylarda güclərni qəfəsdə sınayacağı gözlənilir.
Fərid
MİA.AZ