Türkiyədə şoumen kimi tanınan biznesmen Acun Ilıcalının ingiltərədə satın aldığı “Hall Siti” komandası İngiltərə Liqa Kubokunun 1-ci tur matçında gözlənilmədən məğlub olub.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, “Hall Siti” ilk turda 2-ci Liqa təmsilçisi “Doncaster”ə 2:1 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.
Qarşılaşmada “Hall Siti” 3-cü dəqiqədə Estupinanən qolu ilə heabı açıb. Lakin "Doncaster"ı 15 və 61-ci dəqiqələrdə Millerin qolu ilə qalib glib.
Onu da qeyd edək ki, oyunun 70-ci dəqiqəsində Türkiyə millisinin oyunçusu Ozan Tufan oyuna daxil olsa da, onun performnansı nəticəyə təsir etməyib.
Fərid Aslan
MİA.AZ