"Barselona"nın maddi sıxıntıları səbəbindən yeni transferlərinin lisenziyasını ala bilməyib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, “Barselona” avqustun 12-dək yeni transferi, türk əsilli İlkay Gündoğan başda olmaqla, müqavilələrini yenilədikləri Sergi Roberto, Ronald Araujo, Markos Alonso, Alejandro Balde və İnaki Penanın lisenziyalarını almalıdır.
İspaniyanın "AS qəzeti"nin xəbərinə görə, maddi problemlər girdabında çabalayan klubun bunların hamısını həll edə biləcəyi böyük sual yaradıb.
Xəbərə görə, avqustun 12-dək klub bu problemi həll edə bilməsə, adı çəkilən oyunçular sərbəst şəkildə istənilən komanda ilə danşıqlar apara və klubdan gedə bilərlər.
Fərid Aslan
MİA.AZ