İkardi və Zaha kimi dünyaca məşhur futbolçuları heyətinə qatan "Qalatasaray" daha bir ulduzun transferi üçün daha bir fürsət gözləyir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Qalatasaray"ın vitse-prezidenti və transferlərə məsul şəxsi Erden Timur bu barədə yaxın çevrəsinə söz açıb.
O bildirib ki, "Atletiko Madrid"in qarşıdakı mövsümdə əsasə heyətdə görmək istəmədiyi Antuan Qrizmanı komandaya gətirmək ən böyük arzularından biridir: "Onu "Qalatasaray"a gətirəcəyik"
Fərid
MİA.AZ