"Qalatasaray"ın Çempionlar Liqasının pley-off mərhələsindəki mümkün rəqibi müəyyənləşib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Qalatasaray" 3-cü təsnifat mərhələsində Lyublyana "Olimpiya"sı ilə görüşdın qalib ayrılarsa, o zaman "Molde" (Norveç) - "Klaksvik" (Farer adaları) matçının qalibi ilə oynayacaq.
Türkiyəklubu ilk oyunu səfərdə, cavab görüşünü isə evdə keçirəcək.
Qeyd edək ki, "Qalatasaray" - "Lyublyana" matçının ilk oyunu avqustun 8-də, ikinci oyunu isə avqustun 15-də keçiriləcək.
Fərid
MİA.AZ