Türkiyəli məşqçi Erol Bulutun sükanı arxasında olduğu "Kardiff Siti" İngiltərə çempionatının ilk həftəsində meydandan bir xalla ayılıb.
Mia.az xarici mətbuata xəbər verir ki, ilk hissəni 2-0 öndə bitirən Bulutun yetirmələri 2-ci hissənin uzatma dəqiqələrində gördüyü qolla bir xalla kifayətlənməli olub.
Oyunda "Kardiff Siti"nin qollarını 23-cü dəqiqədə Bouler və 39-cu dəqiqədə Uqbo vurub. "Lids Yunayted"i cavab qollarını isə 49-cu dəqiqədə Kuper və 90+5-də Summerville vurub.
Onu da qeyd edək ki, bu oyunu tribunadan kluba sərmayə qoyan və səhvlərinin bir hissəsini yeni alan NBA ulduzu Russell Vestbrook izləyib.
Fərid
MİA.AZ