Bu gün "Sabah" və "Neftçi" komandalarının UEFA Konfrans Liqasının seçmə mərhələsindəki növbəti turdakı rəqibləri bəlli olacaq.
Mia.az xəbər verir ki, pley-off mərhələsinin püşkü saat 15.00-da atılacaq.
Maraqlıdır ki, əgər komandalarımız növbnəti turu keçərsə, o zaman Türkiyə və Ermənistan komandaları ilə qarşılaşma ehtimalı var.
Belə ki, əgər "Neftçi" "Beşiktaş"ı udarsa, növbəti turda "Bodo" - "Qlimt" (Norveç) / "Pyunik" (Ermənistan) komandalarının biri ilə, "Sabah" isə "Neftçi"nin "Beşikaş"a uduzaçağı, özünün isə "Partiazan"ı udacağı təqdirdə yenidən "Beşiktaş" və ya "Adana Dəmirspor" komandalarının biri ilə də qarşılaşa bilər.
Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 24-də, cavab görüşləri isə avqustun 31-də keçiriləcək.
Fərid
MİA.AZ