Jorge Jesusun baş məşqçisi olduğu “Əl Hilal” ərəb klubları çempionatının 1/4 finalında Kərim Benzemanın çıxış etdiyi “Əl İttihad”ı məğlub edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, oyun 3-1 hesabı ilə qalib gələn "Əl Hilal" adını yarımfinala yazdırıb.
Onu da qeyd edək ki, oyunda "Əl İttihad"ın ulduzu Kərim Benzema penaltini vura bilməyib.
Fərid
MİA.AZ