Türkiyənin "Samsunspor" klubu "Yuventus"dan ayrılaraq imza üçün Samsuna gələn Muhammed İhattarenin transferindən son anda imtina edib.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə klub açıqlama yayıb.
Bildirilib ki, İhattare Samsuna gələnə qədər razılaşdığı şərtləri imza ərəfəsində dəyişdirmək istəyib: "Bu yaxınlarda klubumuz müqavilə şərtləri razılaşdırılan futbolçu İhattareni sağlamlıq müayinəsindən keçmək və müqavilə imzalamaq üçün Samsuna dəvət etdi. Futbolçu şəhərimizə gəldi.
Klubumuz əvvəlcədən razılaşdırılmış şərtləri dəyişməyə çalışan və qəbuledilməz istəklər irəli sürən futbolçunun transferindən imtina edib".
Fərid
MİA.AZ