UEFA Avropa Konfrans Liqasının 2-ci Təsnifat mərhələsində 1:1 hesablı cavab matçında Türkiyənin "Adana Dəmirspor" komandası son dəqiqə qolu ilə qalib gəlib.
Mia.az TRT spor-a istinadla xəbər verir ki, “Adana Dəmirspor” "CFR Cluj"u 2:1 hesabı ilə məğlub edərək adını növbəti mərhələyə yazdırıb.
Oyunun 43-cü dəqiqəsində “Adana Dəmirspor” hesabda önə keçib - 1:0.
"Adana Dəmirspor"da Andre Gravillon 63-cü dəqiqədə birbaşa qırmızı vərəqə alıb.
10 nəfərlə qalan rəqibi qarşısında "Cluj" 68-ci dəqiqədə penaltidən hesabı bərabərləşdirib - 1:1.
Çoxları rumınıyalı komanadanın qalib gələcəyi, ya da oyunun uzatmaya gedəcəyini düşünsə də, 90+3-də türk komandası qələbə qolunu vurub.
Beləliklə, türk komandası Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Xorvatiyanın “Osijek” komandası ilə qarşılaşacaq.
Fərid
MİA.AZ