Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin revanşında "Qarabağ" Bakı Olimpiya Stadionunda Polşanın "Rakuv" komandası ilə qarşılaşacaq.
Mia.az xəbər verir ki, oyun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Xatırladaq ki, Polşadakı ilk oyunda qapçı Şahruddinin kobud səhvi ilə komandamız 3:2 hesabı ilə uduzub.
Onu da qeyd edək ki, əgər "Qarabağ" bu oyunda qalb gələrsə, növbəti turda Kiprin "Aris" komandası ilə "döyüşəcək". Yox, əgər uduzarsa, o zaman Avropa Liqasından HİK (Finlandiya) / “Molde" (Norveç) oyununun məğlubu ilə qarşılaşacaq.
Fərid
MİA.AZ