“Zirə” yeni futbolçu ilə anlaşıb.

Mia.az xəbər verir ki, klub  Fil Dişi Sahilindən olan yarımmüdafiəçi Pyer Zeblini ilə  2+1 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Pyer Zebli karyerası ərzində İtaliyanın “Peruca”, “Askoli”, “Katolika”, Belçikanın “Genk”, Bolqarıstanın “Çarsko Selo” və “Lokomotiv” (Plovdiv) klublarının şərəfini qoruyub.