Ukrayna Müdafiə Nazirliyi Rusiya ordusunun indiyədək olan itkilərini açıqlayıb.
Mia.az Ukrayna mətbuatına istinadla xəbər verir ki, Rusiya bu gündək 245 320 hərbçi itirib: "Bununla yanaşı, Rusiyanın indiyədək 4212 tankı, 8185 zirehli döyüş texnikası, 4806 artilleriya sistemi, 698 reaktiv yaylım atəş sistemi, 459 hava hücumundan müdafiə sistemi, 315 qırıcı, 311 helikopter, 1348 qanadlı raket, 7275 nəqliyyat vasitəsi və avtoçən, 18 gəmi-kateri, 4057 PUA və 683 xüsusi texnikası məhv edilib".
Samir
MİA.AZ