Türkiyədə 4 hərbçinin şəhid olmasında "əl"i olan daha bir terrorçu zərərsizləşdirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili işlər naziri Ali Yerlkaya Tvitter-də paylaşım edib.
Nazir yazıb ki, Bitlisin Hizan çölündə jandarma qüvvələri 4 əsgərin şəhid olduğu terrora görə məsuliyyət daşıyan və axtarışda olan "Ardem Ararat" kod adlı Sultan Oruçu məhv edib: "Şəhidlərimizin qanı yerdə qalmadı, qalmayacaq. 4 jandarmamızın şəhid olduğu, 2 jandarmamızın yaralandığı terrorda edən Sultan Oruç öldürülüb. Bir daha şəhidlərimizə Allahdan rəhmət diləyirəm, qazilərimizə isə cansağlığı arzulayıram".
Tahir
MİA.AZ