Türkiyə millisinin daha bir oyunçusu yenidən ölkəsinə transfer olunur.
Mia.az Türkiyə mətbuatıına istinadla xəbər verir ki, "Fənərbağça" iki həftədir danışıqlar apardığı Cengiz Ünderin transferini yekunlaşdırmaq üzrədir.
Məlumata görə, millinin futbolçusu ilə qısa zamanda rəsmi müqavilə imzalanacaq.
Transferlə bağlı detallar hələlik açıqlanmır.
Xatırladaq ki, "Marsel" forması ilə 93 matçda meydana çıxan 26 yaşlı Çengiz 18 qol vurub, 12 məhsuldar ötürmə verib.
Fərid
MİA.AZ