UEFA Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda “Adana Dəmirspor” səfərdə Rumıniyanın “Kluj” komandası ilə bərabərə qalıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, oyunun 5-ci dəqiqəsində geriyə düşən “Adana Dəmirspor” bu qolun əvəzini 77-ci dəqiqədə çıxa bilib - 1:1.
Beləliklə, oyun heç-heçə bitib.
Bununla da Türkiyə komandası evində oynayacağı cavab qarşılaşmasına avantajlı çıxacaq.
Fərid Aslan
MİA.AZ