"Trabzonspor"dan ayrılan Mark Bartra keçmiş komandası "Real Betis"lə anlaşıb. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İspaniya təmsilçisi türk serialından bir səhnə ilə Bartranın transferini açıqlayıb.

Belə ki, "Real Betis"in rəsmi sosial media hesabından "Kara Sevda" serialından kişik bir epizodik hissə kəsilərək Mark Bartranın dönüşünə həsr olunub.

Xatırladaq ki, futbolçu vaxtilə “Barselona” və “Borussiya Dortmund”da oynadıqdan sonra 2018-ci ildə “Real Betis”ə keçib. Bartra 2022-ci ildə 1,25 milyon avroya “Trabzonspor”a keçib. O, "Trabzonspor" forması ilə 40 matçda 4 qol vurub. 

İspan müdafiəçi 2 həftə əvvəl qarşılıqlı razılaşma ilə Qara dəniz təmsilçisi ilə yollarını ayırıb.

Fərid

MİA.AZ