"Başakşehir" "Fənərbaxça"dan ayrılan Dimitris Pelkas ilə müqavilə imzalayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ötən mövsümü icarə əsasında "Hall Siti"də oynaan Dimitris Pelkas "Başakşehir"lə "1+1 il müddətinə anlaşma əldə edib.
Bu barədə klub açıqlama yayıb və futbolçuya uğurlar arzulayıb.
Xatırladaq ki, Dimitris Pelkas ötən mövsüm "Hall Siti"nin heyətində 26 oyuna çıxıb. Yunan futbolçu bu matçlarda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.
Fərid
MİA.AZ