"Beşiktaş"ın "Sauthempton"dan heyətinə qatmaq üçün anlaşdığı Lyanko zədələi çıxıb.
Mia.az Türkiyə mətbuatıına istinadla xəbər verir ki, sağlıq müayiəsindən keçən futbolçunun diz qığırdaqları əridiyi və menisküsü zədələndiyi aşkarlanıb.
Məlumata görə, bu səbəbdən "Beşiktaş" futbolçu ilə müqavilə bağlamaqdan vaz keçib: "Hazırda futbolçunu durumu ilə bağlı məsləhətləşmə aparılır. Onun dincəlmək və ya əməliyyatla bu problemdən xilasolma imkanları təhlil ollunur. Son qərar buna görə veriləcək".
Xatırladaq ki, 26 yaşlı futbolçu ötən mövsüm "Sauthempton"da 30 oyuna çıxıb. Braziliyalı müdafiəçi bu matçlarda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Lyanko da mövsümü 6 sarı vərəqə ilə başa vurub.
Fərid Aslan
MİA.AZ