FİFA milli komandaların dünya reytinqini yenləyib.
Mia.az xarici mediaya istinadla xəbər verir ki, reytinq cədvəlində Türkiyənin mövqeyi dəyişməyib.
Türkiyənin futbol üzrə milli komandası 1484,47 xalla 41-ci yerdə qərarlaşıb.
Argentina isə 1843,73 xalla liderliyini qoruyub. Fransanın 1843,54 xalla 2-ci, Braziliya 1828,27 xalla 3-cü, İngiltərə isə 1797,39 xalla 4-cü yerdədir.
Reytinqdə ilk 10 ölkə ümumiyyətlə, belədir:
Argentina - 1843,73
Fransa - 1843,54
Braziliya - 1828,27
İngiltərə - 1797,39
Belçika - 1788,55
Xorvatiya - 1742,55
Hollandiya - 1731,23
İtaliya - 1726,58
Portuqaliya - 1718,25
İspaniya - 1703,45
Fərid
MİA.AZ