Türkiyə Super Liqada 2023-2024-cü il mövsümünün ilk həftəsinin proqramı bəlli olub.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, ilk həftədə “Beşiktaş” və “Qalatasaray” səfərdə, “Fənərbaxça” isə meydanda mübarizə aparacaq.
Liqa avqustun 11-də başlayacaq və mayın 19-da başa çatacaq.
Məlumata görə, mövsümün birinci yarısı dekabrın 25-də bitəcək, ikinci yarısı isə yanvarın 5-də başlayacaq.
Beləliklə, superliqanın ilk həftəsinin qarşılaşmaları belə olacaq:
Kayserispor-Qalatasaray
Pendikspor-Hatayspor
Kasımpaşa-Ankaragücü
Alanyaspor-Başakşehir
Adana Demirspor-Rizespor
Karagümrük-Beşiktaş
Trabzonspor-Antalyaspor
Fənərbaxça-Qaziantep FK
Sivasspor-Samsunspor
Konyaspor-İstanbulspor
Fərid Aslan
MİA.AZ