Mbvana Samatta "Fənərbağça"dan rəsmən ayrılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Samatta Yunanıstanın PAOK komandası ilə müqavilə imzalayıb.
Bu barədə "Fənərbağça" klubu rəsmi açıqlama yayıb.
Klub keçmiş oyunçusuna karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Samatta "Fənərbağça"nın heyətində ümumilikdə 33 oyun keçirib. Tanzaniyalı hücumçu bu matçlarda 6 qol atıb.
Fərid
MİA.AZ