"Fənərbağça"nın baş məşqçisi İsmail Kartal komandanın yeni kapitanını təyin edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Edin Dzekonun komandanın kapitanı olacağını açıqlayıb: "Dzeko dünya səviyyəli oyunçudur. Çox xarakterli, çox peşəkar, nümunəvi oyunçudur. Belə bir qərar verdik. Ona türk futbolçularımız Mert Hakan, Altay və İrfan Can kömək edəcək".
Fərid
MİA.AZ