2023/2024 mövsümündə Azərbaycan Premyer Liqasında iştirak edəcək "Araz-Naxçıvan" Peşəkar Futbol Klubunun ümumi yığıncağı keçirilib.
Mia.az xəbər verir ki, iclasda klubun yeni prezidenti və Müşahidə Şurasının sədri vəzifələrinə seçkilər keçirilib, İdarə Heyəti və Müşahidə Şurasının tərkibi formalaşdırılıb.
Ramin Axundov “Araz-Naxçıvan Peşəkar Futbol Klubu” İctimai Birliyinin prezidenti, Vüqar Abbasov isə Müşahidə Şurasının sədri seçiliblər.
İdarə Heyətinin tərkibi
Ramin Axundov – Sədr // Prezident
Nurlan Həsənov
Ceyhun Məmmədov
İmran Kələşov
Müşahidə Şurasının tərkibi
Vüqar Abbasov – sədr
Orxan Hüseynov – sədr müavini
Taleh İbrahimov – üzv
Elxan Babayev – üzv
Rövnəq Xəlilov – üzv
Mahir Şıxəliyev – üzv
Qeyd edək ki, Ramin Axundov 1976-cı il oktyabrın 15-də Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhər 9 nömrəli orta məktəbi bitirdikdən sonra Təfəkkür Universitetinə qəbul olub, Hüququ fakültəsində ali təhsil alıb. O, 2008-ci ildən “Araz-Naxçıvan” Futzal Klubunun prezidentidir.