"Trendyol" Super Liqa və 1-ci Liqanın yeni titul sponsoru olub.

Mia.az Türkiyə medsiasına istinadla xəbər verir ki, razılaşmaya əsasən, nəhəng e-ticarət şirkəti 2023-2024 mövsümündə Super Liqa və 1-ci Liqanın titul sponsorluğu üçün 700 milyon TL ödəyəcək.

TFF Riva Hasan Doğan Milli Komandalar Düşərgə və Məşq Təsislərində təşkil edilən imza mərasimində TFF prezidenti Mehmet Büyükekşi, Trendyol rəhrəri Çağlayan Çətin, Klublar Birliyi sədr müavini Süleyman Hurma və 1-ci Liqa Klublar Birliyinin sədri Murat Özkaya iştirak edib. 

Mərasimdə açıqlama verən TFF prezidenti Büyükekşi deyib ki, bu, tarixi əməkdaşlıq müqaviləsidir: "Ölkəmizin ən güclü və sürətlə inkişaf edən markalarından biri olan Trendyol həm Super Liqanın, həm də 1-ci Liqanın ad sponsoru oldu. Qürur duyuruq. Bu müqavilə ilə Türkiyə futboluna güc verdilər”.

Fərid

MİA.AZ