"Qalatasaray" PSJ ilə daha bir futbolçu barədə razılığa gəlib.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, "Qalatasaray" Mario İkardidənsonra PSJ-də oynayan Leandro Paredes üçün Fransa klubuna elçi düşüb.
Məlumaat görə, İstanbul klubu Leandro Paredesə görə PSJ-yə 6 milyon avroluq təklif göndərib: "PSJ bu təklifə "hə" deyib, ancaq son qərarı argentinalı futbolçu verəcək. Əgər o da "hə" deyərsə, o zaman onunla həmyerlisi İkardi ilə eyni gündə müqavilə imzlanacaq".
Xatırladaq ki, 29 yaşlı yarımmüdafiəçi ötən mövsümdə PSJ-nin heyətində 39 oyuna çıxıb. Paredes bu oyunlarda 1 qol və 2 məhsuldar ötürmə edib.
Fərid
MİA.AZ