"Fənərbaxça"dan "Real Madrid"ə transfer olunan Arda Gülər komanda yoldaşları ilə birgə ilk məşqinə çıxıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, “Real”ın baş məşqçisi Karlo Ançelottinin təlimdə onu yaxından izləməsi gözlərdən yayınmayıb.
Məlumata görə, yeni mövsümün hazırlıqlarına gələn həftə ABŞ-da başlaacaq "Realk" burada “Milan”, “Barselona”, “Mançester Yunayted” və “Yuventus”la yoldaşlıq oyunu keçirəcək.
Xəbərdə qeyd olunur ki, "Real Madrid"lə müqavilə imzaladığı gün bu komandada qalacağını, başqa bir komandaya icarəyə verilməyəcəyini deyən Arda Gülərin gələcəyi ABŞ-dakı hazırlıq düşərgəsində müəyyənləşəcək: "Əgər Ançelotti onu hazırlıqlı görməzsə, o zaman daha çox oynaya biləcəyi bir komadaya icarəyə veriləcək".
Fərid
MİA.AZ