Superliqanın yeni komandası “Samsunspor”un prezidenti Yüksel Yıldırım dünya şöhrətli futbolçu Hulkun onlara təklif olunduğunu açıqlayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klubun prezidenti Yüksel Yıldırım faktı təsdiqləyib.
O deyib ki, Hulkun menecerləri onunla təmasa keçib: "Menecerlərinə dedim ki, 2 milyon avro verərəm. Amma onlar razılaşmadı, 5-6 milyon avro istədilər. Mən o qədər pulu verə bilmərəm. Çünki o halda komandanın xrc limiti bitər. Kaş çox pulumuz olaydı...".
Xatırladaq ki, Hulk ötən mövsüm "Atletiko Mineyro"nun heyətində 35 oyuna çıxıb. Braziliyalı futbolçu bu matçlarda 21 qol vurub, 5 məhsuldar ötürmə verib.
Fərid
MİA.AZ