"Qalatasasaray" daha 3 futbolçunu satışa çıxarıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Qalatasasaray"ın baş məşqçisi Okan Buruk Avstriyadakı hazırlıq təliminə Taylan Antalyalı, Oğulcan Çağlayan və Aleksandru Cicaldaunu aparmayıb.

Məlumata görə, Okan Buruk adıçəkilən 3 futbolçunu yeni mövsümdə komandada düşünmədiyini rəhbərliyə bildirib və onlaırn satılmasını məqbul sayıb: "Hələlik onlardan yalnız Taylan Antalyalı ilə "Pendikspor" maraqlanır. Digər oyunçularla ciddi maraqlanan komanda yoxdur. Aleksandru Cicaldaunun Rumınıyaya transfer olunacağı deyilsə də, hələki onunla bağlı "Qalatasaray"a rəsmi təklif gəlməyib".

Fərid

MİA.AZ