Azərbaycanın kyokuşin karate üzrə yığması Bolqarıstanın Varna şəhərində dünya çempionatında iştirak edib.
Bu barədə Mia.az-a yığmanın üzvü Nəzrin Hacıyeva açıqlama verib.
O bildirib ki, hazırda komanda Bolqarıstandadır və ayın 10-u Bakıya qayıdacaqlar: "Mən özüm yeniyetmələr arasında dünya 2-cisi oldum. Üzərimdə əziyyəti olan başda Qabil Sayadov, Vüsal Məmmədov, Qələndar Aslanov olmaqla, hər kəsə öz dərin təşəkkürümü bildirirəm".
Fərid
MİA.AZ