"Real Madrid"ə keçən ​​"Fənərbağça"nın 18 yaşlı parlaq oyunçusu Arda Gülər vida paylaşımı edib.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, İnstagram-dakı hesabında paylaşım edən Arda "Real"a keçidinin türk gəncliyinin özünəinam baxımından da çox vacib olduğunu yazıb: “Əlbəttə, vidalaşmaq çətindir, amma mənə inananları daha da qürurlandırmaq, türk gənclərinin istədikləri hər şeyə nail ola biləcəyini sübut etmək üçün bu qərarı verməli idim...".

Arda Gülər ​​əlavə edib ki, həyatının ən gözəl günlərini keçirdiyi "Fənərbağça"nə heç vaxt unutmayacaq: "İlk dəfə xəyalını qurduğum, geyindiyim 10 nömrəli formanın qürurunu və möhtəşəm "Fənərbağça" azarkeşlərini heç vaxt unutmayacağam...".

Xatırladaq ki, "Fənərbağça" Ardanın transferindən 30 milyon avro qazanacaq.

Fərid

MİA.AZ