Ryan Kent, Edin Dzeko kimi ulduzları heyətinə qatan "Fənərbağça"da Vilfred Zaha ilə anlaşmağa can atır.
Mia.az "beIN Sports"la istinadla xəbər verir ki, klub Zahaya hələ 3 həfət əvvəl təklif göndərsə də, 30 yaşlı futbolçu "Mən Avropada oynamaq istəyirəm" deyərək, "yox" deyib.
Məlumata görə, 30 yaşlı futbolçuya Avropa klublarından təklif gəlməməsi onun rotasını Türkiyəyə yönəldib: "Zaha böyük ehtimalla “Fənərbağça” ilə anlaşacaq. Artıq təətrəflər arasında danışıqlar başlayıb. Anlaşmaları an məsələsidir".
Fərid
MİA.AZ