"Turan Tovuz" komandası iki futbolçusu ilə müqavilənin müddətini uzadıb.

Klubdan Mia.z-a verilən məlumata görə, gürcü müdafiəçi Piruzi Marakvelidze və albaniyalı hücumçu Belaydi Pusi ilə 1 illik yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, hər iki oyunçu ötən ilin yayından "Turan Tovuz"un formasını geyinir.