"Qalatasaray" Fransanın məşhur komandası PSJ-nin yarımmüdafiəçisi ilə anlaşma əldə edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İtaliya A Seriyasının rəsmi yayımçısı olan DAZN açıqlama yayıb.
Bildirilib ki, İstanbul klubu Leandro Paredeslə anlaşıb: "Klub bu transfer üçün PSJ-yə 3,8 milyon avro ödəyəcək".
Məlumatda o da deyilir ki, 29 yaşlı argentinalı futbolçunun transferində həmyerlisi İkardinin təsiri böyük olub: "O, tez-tez İkardi ilə "Qalatasaray"la bağlı müzakirələr aparıb. Və bu da transferində əsas amil olub".
Məlumata görə, tərəflər yaxın günlərdə anlaşmanı rəsmiləşdirəcəklər.
Fərid
MİA.AZ