Bu gün Çempionlar Liqasında yarımfinalında Madriddə “Real Madrid”lə “Mançester Siti” araslnda "döyüş" olub.
Mia.az xəbər verir ki, oyunun 36-cı dəqiqəsində "Real"dannVinisyus Junior gözəl qolla hesabı açıb.
67-ci dəqiqədə isə Kevin De Bruyne hesaba tarazlıq gətirib - 1:1.
Oyun bu hesabla başa çatıb.
Çütlüyün cavab oyunu mayın 17-də İngiltərədə olacaq.
Xatırladaq ki, bu gecə yarımfinalın digər iştirakçıları olan “Milan”la “İnter” qarşılaşacaq.
Fərid
MİA.AZ