Ərəb şeyxlərinin sahibi olduğu ingiltərənin "Nyukasl Yunayted" komandası "Fənərbağça"nın gənc ulduzu Arda Gülər ilə anlaşmaq üzrədir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Nyukasl" menecerləri ötən gün Dubayda "Fənərbağça" menecerləri ilə görüşüb.
Məlumata görə, görüşdə Arda Gülərlə bağlı anlaşma böyük ölçüdə təmin olunub: "Həmin görüşdə ingilislər, daha dəqiqi, ingilis komandasının sahibi olan ərəblər 18 yaşlı oyunçunun transferi üçün "Fənərbağça"ya 20 milyon avro təklif ediblər. Klubun menecerlər oradan 18 yaşlı futbolçunun ailəsi ilə əlaqə saxlayıb, onların da tranferlər bağlı rəylərini öyrəniblər. Tərəflər demək olar ki, anlaşıblar. Mövsümün sonunda imzalanma mərasimi olacaq".
Xatırladaq ki, Arda Gülər bu mövsüm "Fənərbağça"nın heyətində 30 oyuna çıxıb. 18 yaşlı futbolçu bu matçlarda 6 qol vurub, 4 məhsuldar ötürmə edib.
Fərid
MİA.AZ