"Rusiya və ABŞ-la birgə Qarabağda atəşkəsə nail olmaq üçün səyləri davam etdiririk" - Fransa XİN-dən açıqlama

"Rusiya və ABŞ-la birgə Qarabağda atəşkəsə nail olmaq üçün səyləri davam etdiririk" - Fransa XİN-dən açıqlama

DÜNYA

29.09.2020, 19:04

Paris Moskva və Vaşinqtonla birlikdə Dağlıq Qarabağda atəşkəsə nail olmaq üçün səyləri davam etdirir.

TASS-ın verdiyi xəbərə görə, bu barədə Fransa Parlamentində çıxış edən Avropa və Xarici İşlər Nazirliyi üzrə nazir-nümayəndəsi Frank Rister deyib.

“Fransa Minsk Qrupunun digər iki həmsədr ölkəsi - Rusiya və ABŞ-la birlikdə atəşkəsə nail olmaq və danışıqların bərpası üçün münaqişə tərəfləri ilə təmasları davam etdirir. Bu danışıqlar beynəlxalq hüquq çərçivəsində uzunmüddətli böhrandan çıxış yolu tapmağa kömək etməlidir. Münaqişə zonasında vəziyyət çətindir: onlarla qurban, yüzlərlə yaralı var. Fransa bu böhrandan çıxış yolu tapmaq üçün əlindən gələni edir. Bu böhran həm Ermənistan, həm Azərbaycan üçün, həm də bölgədəki sabitlik üçün ciddi bir təhdiddir”, - deyə F. Rister qeyd edib/APA.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR