"Hələlik yorulmamışıq" - Fəttah Heydərov yenidən deputat olmaq arzusunu dilə gətirdi

01-12-2019 [17:35]
"Hələlik yorulmamışıq".

Mia.az Etikxeber.az-a istinadla xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) tanınmış və nüfuzlu simalarından olan millət vəkili, Milli Məclisin (MM) Hesablayıcı Komissiyasının sədri, parlamentin Regional məsələlər komitəsinin sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının (AAŞ) sədri  Fəttah Heydərov keçirilməsi gözlənilən növbədənkənar parlament seçkilərində yenidən iştirak edib-etməyəcəyi məsələsinə münasibətini bildirərkən deyib.

Bununla belə, F.Heydərov bu məsələdə tələsməyə, tələsik fikir söyləməyə də ehtiyac olmadğını sözlərinə əlavə edib.

Qeyd edək ki, F. Heydərov 1995-ci ildən bu yana 5 çağırışdır MM-də təmsil olunur.

O, parlamentdə Qəbələ rayonunu təmsil edir.


SON XƏBƏRLƏR